Ru
23:40 / 22 İyul 2018

Üç zəlzələ İranı viran qoydu - Yaralı sayı 287-ə çatdı/ YENİLƏNİB-3

3248
İranın qərbində Kermanşah vilayətində 5.9 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb.
 

BakuPost xəbər verir ki, zəlzələdən 43 kəndə ziyan dəyib, 101 bina isə tamamilə dağılıb.

 


Vilayətin şəhər və kəndlərində 800-dən çox binanın qismən dağıldığı bildirilir. Hazırda təmir işləri aparılır.

 

*** 


İranda zəlzələ nəticəsində yaralananların sayı 146-ya çatıb.


BakuPost-un xəbərinə görə, ölkənin təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarəsinin rəhbəri Pir Hüseyn Kolivand deyib ki, zəlzələ nəticəsində xəsarət alanların 21-i xəstəxanaya çatdırılıb.
***
İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

BakuPost xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.


Məlumatda bildirilir ki, təbii hadisə zamanı 128 nəfər xəsarət alıb. 

***
Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.


BakuPost xəbər verir ki, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.  


Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.


Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Üç zəlzələ İranı viran qoydu -  Yaralı sayı 287-ə çatdı/ YENİLƏNİB-3
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər