Ru
12:07 / 22 İyun 2017

“Öz yazdığınızı özünüz anlayırsınız?” İqtisadçıdan Mərkəzi Banka sərt sözlər:

4062

"Son 1 ayda neft 20%-ə yaxın, son 1 həftədə 10%
ucuzlaşıb. ABŞ və Kanadada həm neft buruqlarının sayı, həm hasilat hər həftə
artır və bu OPEC anlaşmasını kağız parçasına çevirir”.

BakuPost.az  xəbər verir ki, bu sözləri
iqtisadçı-ekspert Natiq Cəfərli neftin ucuzlaşmasını şərh edərkən deyib. Onun
sözlərinə görə, dünyada neft bolluğu yaşanır: "Əslində OPEC-ə daxil olan ölkələrdə
də hasilat artır. Liviyada son 2 ayda hasilat günlük 400 min bareldən 800 min
barelə qalxıb, yaxın 2 ayda 1,2 mln. barel olacaq. Nigeriya da hasilatı günlük
200 min barel artırıb.


Dünyada neft bolluğu yaşanır, tək tankerlərdə bu gün
107 mln. barel neft var ki, alıcı tapa bilmədiklərindən və rezervuarlar
dolduğundan açıq dənizlərdə və okeanlarda dayanıb müştəri gözləyirlər”.


İqtisadçı milli valyutaların ucuzlaşması barədə də
danışıb:
"Son 1 həftədə rus rublu dollar qarşısında 7% ucuzlaşıb, Qazaxıstan təngəsində
də ucuzlaşma var. Çünki hər iki ölkədə iqtisadi institutlar, birjalar, işlək
iqtisadi qanunlar var.


Bizdə isə dövlət iqtisadiyyatıdır, heç bir məntiqə,
iqtisadi qanunlara söykənmir, əmrlə, "əl idarəsi" ilə, günlük
problemlərin günlük həllinə yönəlik düşüncə ilə idarə olunur. Manatı inzibati
qaydada saxladılar - iqtisadi aktivlik çökdü, banklar batdı, kreditləşmə
dayandı, ÜDM azaldı, alver, iş yerləri və insanların gəlirləri azaldı.

Bu gün Mərkəzi Bank açıqlama yayıb, dili çətin,
anlaşılmaz, sanki yapon dilindən "google translate" dən istifadə etməklə
ana dilimizə tərcümə edilmiş söz yığınıdır. Nə yeni çağırışların analizi var, nə
normal "vizion" var, sadəcə deyirlər ki, avqusta uçot dərəcəsi aşağı
salınacaq, güya bu da bank-kredit faizlərini aşağı çəkəcək. Bu ölkədə MB-ın
uçot dərəcəsi 2,5% olan dövrdə kredit faizləri 20-25% idi, yəni, uçot dərəcəsinin
aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur, amma avqusta faizlər aşağı
düşəcəksə, deməli manat kütləsi dövriyyədə artacaq, bu isə manatın
ucuzlaşmasına səbəb olacaq”.

N. Cəfərli Mərkəzi Bankın yürütdüyü siyasəti tənqid
edib:
"Mərkəzi Bank bu ilin ilk 5 ayını 2016-cı ilin ilk 5 ayı ilə müqaisə edərək
çox pozitv və çətin cümlələr qurub - iqtisadiyyat artıb, xarici ticarətdə müsbət
saldo var, və bütün bunları aparılan siyasətin pozitiv nəticəsi kimi qeyd edib.
Hörmətli MB, kimi aldadırsınız, özünüzü? Niyə axı? Bəzi rəqəmlərin
yaxşılaşmasının tək və yeganə səbəbi var: 2016-cı ilin ilk 5 ayında neftin
ortalama qiyməti ilə, 2017-ci ilk 5 ayının qiymətləri arasında 30% fərq var -
neft bahalaşdı deyə, orta qiyməti 55 dollar oldu deyə bəzi rəqəmlər yaxşılaşdı,
vəssalam.

İndi də neft 44 dollardır, cəmi 2-3 ay belə qalsa
ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo olacaq, qurduğunuz
bütün "uğur hekayəsi" suya düşüb axıb gedəcək. Anlayırsınız bunu, ya
da elə yox - heç olmasa öz yazdığınızı özünüz anlayırsınız, yoxsa hər dəfə elə
sizin üçün də "tərcümə" etməliyəm?!”

Nigar

BakuPost

 “Öz yazdığınızı özünüz anlayırsınız?” İqtisadçıdan Mərkəzi Banka sərt sözlər:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər