Ru
20:05 / 14 Avqust 2017

“iPhone 8” belə olacaq - Son dizayn/ FOTO

988
Forbes nəşrinin redaktoru Qordon Kelli "iPhone 8” smartfonunun yeni görüntülərini yayıb.


Oxu.Az-ın xəbərinə görə, o bildirib ki, bu "iPhone 8”nin son dizaynıdır. 


Yeni "iPhone” su keçirməyən korpusa malik olacaq, və qacet naqilsiz enerji yığma sistemi ilə təchiz ediləcək. 


Smartfonun əsas xüsusiyyətləri yeni ikili kamera, çərçivəsiz ekran və naqilsiz enerji yığma sistemidir. "iPhone 8”in arxa hissəsi şüşədən hazırlanacaq.


Bundan əlavə "Apple”  "Home” düyməsindən imtina etmək niyyətindədir. Ehtimal olunur ki, şiirkət barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.


"iPhone 8” 2017-ci ilin payızında təqdim olunacaq.

 







BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər