Ru
08:56 / 15 Avqust 2018

İntihar edəcəyini deyən tanınmış jurnalist xəstəxanaya yerləşdirildi

2999
Tanınmış jurnalist Səbuhi Məmmədli bu gün səhər saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı jurnalistin keçmiş iş yoldaşı Fuad Cəfərov sosial şəbəkələrdə yayıb.

 

O, BakuPost-a bildirib ki, Səbuhini ağır durumda, tam anlaqsız vəziyyətdə olduğuna görə həkimə aparıblar. İlkin müayinədən sonra isə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Tanınmış jurnalist bir müddətdir ki, özünün feysbuk səhifəsində intihar edəcəyi barədə statuslar paylaşırdı. Dünən də bu barədə iki post yazıb. İntihara səbəb kimi, maddi durumunu və səhhətindəki problemləri göstərib. Dostları isə problemin kökündə ziyanlı vərdişlərinin durduğunu söyləyirlər.

 

S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. "525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan "Yeni Müsavat”, "Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il "APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub. 

 

Qeyd edək ki, Səbuhi Məmmədli bir neçə ay əvvəl isə holdinqdən uzaqlaşdırılmışdı və iş axtarırdı. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər