Ru
09:49 / 23 May 2017

İngiltərədə konsert zamanı terror - 22 ölü, 59 yaralı/ VİDEO/ YENİLƏNİB

2099
İngiltərənin Mançester şəhərində konsert zamanı partlayış baş verib.


BakiPost.az xəbər verir ki, partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

 

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

 

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib. *** 11:06
Bu gecə "Mançester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb.

 

BakiPost.az  xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb. 


Bakı Post




 

İngiltərədə konsert zamanı terror -  22 ölü, 59 yaralı/ VİDEO/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər