Ru
20:17 / 24 İyun 2018

İncənin səs verdiyi seçki məntəqəsində ən çox səsi Ərdoğan yığıb - İLKİN NƏTİCƏLƏR

2159
Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.


BakuPost xəbər verir ki, məlumatı Türkiyə Mərkəzi Seçki Komissiyası açıqlayıb. Rəsmi rəqəmlərə görə, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan hesablanan 34,29 faiz səsin 57,40 faizini topayıb.


Bu isə səslərə liderlik etdiyini göstərir.


Onun seçkidəki rəqibi CHP-dən namizəd olan Məhərrəm İncə səslərin 27,90 faizini yığıb. Meral Akşener isə 7,4 faiz səsə yiyələnib.

 

Seçkidə qeydə alınan maraqlı məqam Məhərrəm İncənin səs verdiyi seçki məntəqəsində olub. Belə ki, M. İncənin səs verdiyi seçki məntəqəsində ən çox səs verilən namizəd Rəcəb Tayyib Ərdoğan olub. 

 

Sandıqdan Rəcəb Tayyib Ərdoğana 167, İncəyə 144, Meral Akşenerə 23, Səlahəddin Dəmirdaşa 4, Doğu Perinçekə 1 səs çıxıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər