İnam Kərimov özünə xanım müşavir təyin etdi - FOTO

1489
Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

BakuPost-un "Report”a istinadən məlumatına görə, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

Ş.Məmmədova ADA Universitetinin "Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən "İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

KTN-nin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov xəbəri təsdiqləyib. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər