İnam Kərimov özünə hollandiyalı məsləhətçi TƏYİN ETDİ

874
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

BakuPost APA-ya istinadən xəbər verir ki, nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.

Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.

Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.

Rusiya, Almaniya, Avstriyanın müxtəlif  bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər