İmtahandan keçməyən müəllimlərə güzəşt ediləcək

892
Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ayının 16-dan 31-dək keçirilməsi nəzərdə tutulur.

BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, imtahanlar bitdikdən sonra müsabiqənin növbəti mərhələsi - vakant yerlərin seçimi prosesi başlanacaq:

"Avqust ayının ikinci yarısında artıq bütün prosesin tam olaraq yekunlaşması nəzərdə tutulur. Amma bu, tam olaraq müəllimlərin işə qəbulu prosesinin yekunlaşması demək deyil. Belə ki, müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir. Çünki müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da həyata keçiriləcək. Ona görə də bütövlükdə bu proseslərin zəncirvari olaraq, növbəti tədris ilində başa çatması ehtimal edilir”.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər