Ru
07:20 / 20 Sentyabr 2018

İlyas İsmayılovun oğlunu niyə öldürdülər? - TƏFƏRRÜAT / FOTO + VİDEO

5137
Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub.


BakuPost xəbər verir ki, Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki, şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.


Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib.


Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

 


 


Qeyd edək ki, Etimad İsmayılov İlyas İsmayılovun oğludur. Etimad İsmayılov tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.


Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var.

 

Dəmirovun "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
İlyas İsmayılovun oğlunu niyə öldürdülər? -  TƏFƏRRÜAT / FOTO + VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər