Ru
00:07 / 20 Sentyabr 2018

İlyas İsmayılovun oğlu İstanbulda güllələnərək öldürüldü

10883

Jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı hücuma məruz qalıb.


BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E. İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 


Polis silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin yaxalanması üçün əməliyyata başlayıb. 


Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər