Ru
15:18 / 24 Aprel 2017

Aparıcı Şəhriyar İlqar Əliyevin məktəbində - FOTOLAR

2432

Tanınmış model, "Best Model of
Azerbaijan 2004”ün qalibi İlqar Əliyevin yeni açdığı model məktəbinin artıq
30-a yaxın tələbəsi var.

Bu barədə BakiPost.az-a model özü məlumat verib. Bildirib
ki, kurslara maraq kifayət qədərdir: "Həftədə 3 dəfə dərslər olur. Birincisi
podium dərsləri, ikincisi isə fotokamera önündə düzgün işləmədir. Kursumuz
artıq 2-ci aydır, fəaliyyət göstərir. 30-a yaxın tələbəmiz var. Ən balaca tələbəmiz
6 yaşındadır. 27 yaşında da tələbə var. Bütün tələbələrlə şəxsən özüm məşğul oluram.
Düzgün yeriş, şax duruş, qamət, foto və video çəkilişlərdə simanın düzgün
istifadə olunması barədə dərslər keçirik”.

İ.Əliyev həftədə bir dəfə kursun tanınmış qonağının
olduğunu vurğulayıb:
"Hər həftə məşhur bir insan gəlir və seminarlar keçir. Fərqli-fərqli
sahələrdən məşhur insanlar olurlar. Onlar arasında aparıcılar da var, aktyorlar
da. Bu dəfəki qonağımız şoumen, aparıcı Şəhriyar Əbilov oldu.


Modellər kursudur əslində, amma hər həftə öz sahəsinin
peşəkarları olan insanlar görəndə tələbələrə daha maraqlı olur”.

Bakı Post

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər