Ru
22:02 / 27 May 2018

- Üstündə Mübariz İbrahimovun da şəkli var/ FOTO İlk milli fantastik pullar hazırlandı

7640
Azərbaycan ordusunun 100 illiyi ilə bağlı ilk milli fantastik pullar hazırlanıb.

 

BakuPost xəbər verir ki, bu barədə Lent.az-a kolleksiyaçı Çingiz Həziyev məlumat verib. Kolleksiyaçının sözlərinə görə, ilk fantastik pulların mövzusu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyidir: "Bunlar qiymətli kağız, pul əskinası sayılmır. Fantaziya pulları sırf kolleksiyalar və kolleksiyaçılar, hədiyyə üçün nəzərdə tutulub. Mənim ikinci sənətim rəssamlıqdır.


Oturub fikirləşdim ki, yüzilliklə bağlı nə edə bilərəm. Fantastik pullarımızı buraxmağı qərara aldım. 100 il ərzində silahlı qüvvələrimizin sərkərdələrinin şəkilləri olan fantastik pullar hazırladım. Üç-dörd ay pulun kompüterdə yığılma sisteminə zaman xərcləmişəm. Bütün pulların üzərinə "kolleksiya üçün” yazısı həkk olunub”.


İlk milli fantastik pulların müəllifi Çingiz Həziyev onu da qeyd edib ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əskinasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:


"Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda Cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova, Şah İsmayıl Xətaiyə, Məhəmmədəmin Rəsulzadəyə həsr olunmuş pullar da hazırlanıb Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əskinaslarına oxşatmağa çalışmışam. Bir daha qeyd edirəm ki, bu pullar hədiyyə və kolleksiyalar üçündür”.


Kolleksiyaçı maddi və mənəvi irsimizin yaralı yeri olan, ermənilərin sahiblənməyə çalışdığı "Sarı gəlin”lə bağlı da fantastik pul hazırlayıb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər