Ru
10:08 / 27 Mart 2017

İlk iş günü Bakı-Sumqayıt qatarında problem - 40 dəqiqə gecikdi

1235
Bayramdan sonra ilk iş günü Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.


BakiPost.az xəbər verir ki, Sumqayıt vağzalında 08:50-də Bakıya gəlmək istəyən sərnişinlər yarım saatdan çox qatar gözləyib.


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BakiPost.az-a açıqlamasında qatarın gecikmə səbəbini açıqlayıb və bir qatarın hərəkətində 40 dəqiqə gecikmə olduğunu bildirib: "Bu da Keşlə istiqamətindəki elektrik xətlərində yaranmış problemlə bağlıdır. Yəni 40 dəqiqə gecikmə məhz onunla əlaqədardır”. 


Sevinc Qədirova qeyd edib ki, artıq elektrik xətlərindəki nasazlıq aradan qaldırılıb: "Qatarlar normal qrafiklə işləyir. Hərəkət bərpa olunub”. 


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər