İlin ən yaxşı futbolçusu o oldu

878
İngiltərənin paytaxtı Londonda FIFA ötən ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

BakuPost xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino bu mükafatı İspaniyanın "Real Madrid” klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç təqdim edib.

Xorvatiyalı 2017/2018-ci il mövsümündə "Real Madrid” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin futbolçu Rusiyada keçirilən dünya çempionatının finalçısıdır. Modriç İngiltərənin "Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliyanın "Yuventus” komandasında forma geyinən portuqaliyalı forvard Kriştianu Ronaldunu qabaqlayıb.

Ən yaxşı qadın futbolçu adına altıncı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın "Orlando Prayd” klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq ("Lion” Fransa, Norveç) və Cenifer Marojanı ("Lion” Fransa, Almaniya) üstələyib.

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa "Lion”una Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

"Fair Play” mükafatına Türkiyənin "Erzurumspor BB” klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb. Ən yaxşı fanat nominasiyasında isə Peru azarkeşləri birinci yeri tutub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər