Ru
00:14 / 23 Sentyabr 2018

İlham Zəkiyev yeddinci Dan Qara Kəmər sahibi oldu - FOTO

3650
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.


BakuPost xəbər verir ki, mötəbər turnir çərçivəsində ikiqat Paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan cüdoçu İlham Zəkiyev də mükafatlandırılıb. 


O, yeddinci Dan Qara Kəmərlə təltif olunub. İ.Zəkiyevə mükafatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) idman direktoru Vladimir Barta təqdim edib.


Qeyd edək ki, İlham Zəkiyevin adı üç gün əvvəl Olimpiya çempionlarımız – Nazim Hüseynov və Elnur Məmmədli ilə birgə IJF-in Şöhrət Zalına daxil edilmişdi. 

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər