Ru
10:04 / 22 May 2018

İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə saldı - FOTO/ YENİLƏNİB

2475
Mayın 22-də Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

***
İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlət başçısına məlumat verdi. Bildiriibi ki, "ATEF Şirkətlər Qrupu” innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir.

 



"ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib. Bildirilib ki, dövlətin güzəştli kreditlərindən istifadə etməklə Qaraçuxur qəsəbəsində inşa olunan iriqabaritli transformatorlar zavodu 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, həmin ərazidə yüksək gərginlikli avadanlıqlar zavodunun təməli qoyulub.


Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, "ATEF Şirkətlər Qrupu”nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub və tam geri qaytarılıb.

 



Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.


Dövlət başçısı istehsal prosesi ilə tanış olub.


Bildirilib ki, ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların, o cümlədən güc transformatorları üçün izolyasiya detalları, yüksəkgərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabeller və transformator buraxılışında istifadə olunan digər hissələrin istehsalı mümkündür. Qeyd olundu ki, bu məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar əvvəllər xarici bazarlardan alınırdı. Zavodun sınaq laboratoriyası da müasir səviyyədədir. Burada yerli mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə transformator, yarımstansiya və digər elektrik avadanlıqlarının istehsalında yerli materiallardan istifadə olunması nəticəsində lokalizasiya səviyyəsi 70-90 faizə çatacaq ki, bu da buraxılan məhsulların maya dəyərinin aşağı düşməsinə, idxaldan asılılığın və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Zavodda 310 yeni iş yeri açılıb.

 



Diqqətə çatdırılıb ki, "ATEF Şirkətlər Qrupu” 2018-ci ildə 160 milyon dollar, o cümlədən ölkə daxilində 5 milyon dollar dəyərində, xarici ölkələrdə isə 155 milyon dollar dəyərində layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Xarici ölkələrdə layihələrin həyata keçirilməsi zamanı şirkətin istehsal etdiyi 95 milyon dollar dəyərində məhsulların ixracı nəzərdə tutulur. Hazırda şirkətlər qrupu xarici ölkələrdə nəzərdə tutulan bu layihələr üzrə dəyəri 100 milyon dollaradək olan tenderlərdə iştirak edir.




İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə saldı -  FOTO/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər