Ru
16:58 / 16 İyul 2018

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

2789
Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə məktub göndərib. 


BakuPost-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


"Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm. Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər