Ru
18:45 / 23 İyun 2017

İlham Əliyev Şirvana - 3 milyon ayırdı

1012
Prezident İlham Əliyev Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Şirvan şəhərində infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən "Cənub” İstilik Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 129 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəhər Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.


Sərəncamda qeyd olunur ki, Şirvanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən şəhərin mənzil fonduna daxil olan 52 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.


Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər