İlham Əliyev sabah and içəcək - Nazirlər Kabineti istefa verəcək

2585
Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev aprelin 18-də and içəcək.

BakuPost-un xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov məlumat verib. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək.

Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub.

Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər