Ru
18:20 / 27 İyul 2017

İlham Əliyev perulu həmkarını təbrik etdi

882
Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.


BakuPost.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.


Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.


Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram".

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər