Ru
16:41 / 27 Fevral 2017

“İlham Əliyev məcbur qalıb, savaş əmri versə...” - Polkovnikdən MÜHÜM açıqlamalar

20367

Ermənistanın
cəbhəboyu zonalarda genişmiqyaslı təxribatlar törətməsi və Azərbaycan Silahlı
Qüvvələrinin buna adekvat cavablar verməsi son günlərin əsas müzakirə mövzusuna
çevrilib.

Bir çox
rusiyalı və erməni ekspertlər, hətta Ermənistanın keçmiş müdafiə naziri,
general-leytenant Vaqarşak Arutyunyan da müsahibəsində deyib ki, hazırki
situasiya yeni müharibənin başlanması ehtimallarını gücləndirir.

Sabiq
müdafiə naziri müsahibəsində onu da qeyd edib ki, rəsmi Yerevan və erməni cəmiyyəti
Azərbaycanla müharibə vəziyyətində olmağı dərk etməlidir.

Məsələ
ilə bağlı BakiPost.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair
Ramaldanov vəziyyətin belə davam edəcəyi təqdirdə, müharibənin miqyasının artma
ehtimalının yüksək olduğunu deyib: "Hazırda biz müharibə şəraitində yaşayırıq. Bu
səbəbdən heç vaxt müharibənin olmayacağını deməmişik. Biz həmişə deyirik ki,
müharibə olma ehtimalı yüksəkdir. Gündəlik fəaliyyətə baxsaq görərik ki, döyüş
bölgəsində daima atəşkəs pozulur. Sadəcə bu gah azalır, gah da çoxalır. Düşmən
tərəfinin diversiya təxribat qrupları yenə də həmişə olduğu kimi vəziyyəti gərginləşdirir.


Son ayda
qarşı tərəfin verdiyi itkilər barədə videomateriallar da var. Bu vəziyyət isə Qarabağla
bağlı sülh danışıqlarını ləngidir. Çünki Ermənistan dövlətinin qeyri-konstruktiv
mövqeyi bu məsələnin sülh yolu ilə həll olma ehtimalını demək olar ki, yox dərəcəsinə
gətirib çıxarır”.



Polkovnik
Ermənistanın belə mövqe sərgiləməsinin kökündə ölkədə daxilində gedən proseslərin
olduğunu düşünür:
"Bu təkcə Serj Sarkisyan dövründə deyil, ondan əvvəl də olub.
Yəni seçkiqabağı həmişə Qarabağ məsələsi ortaya atılıb. Bunun ətrafında müəyyən
bir dividentlər qazanmaq istəyirlər. Bu məsələni ortaya atıb cəmiyyətin fikrini
yayındırmaq istəyirlər. Hazırda olan son vəziyyət də yenə Ermənistandakı seçkilərdən
əvvələ təsadüf edir. Bu seçkilərdə indiki hakimiyyət böyük narahatlıq hiss
edir. Onların hakimiyyətdə qalıb-qalmaması məsələsi ortaya çıxıb. Bu səbəbdən yenə
də Qarabağ onlar üçün prioritet məsələyə çevrilib”.

Hərbi
ekspert qeyd edib ki, son hadisələrin əsas səbəblərindən biri də ermənilərin
havadarlarının tapşırıqları və ya məqsədləri ilə bağlı ola bilər:
"Ümumiyyətlə,
bu məsələdəki səbəblər problemin sülh yolu həllinə gətirib çıxaran səbəblər
deyil. Bunlar məsələni sülh yolundan uzaqlaşdıran səbəblərdir. Ona görə də istər
bizim, istər Rusiya, Ermənistan, istərsə də beynəlxalq qurumlarda olan şəxslər
və analitiklərin hamısı bildirir ki, Ermənistanın bu addımı Qarabağda savaşın
olmasına gətirib çıxaracaq. Bununla bağlı erməni analitikləri də öz dövlətinə və xalqına çatdırmaq istəyirlər
ki, bundan sonra vəziyyət bu şəkildə inkişaf eləsə müharibə ola bilər. Çünki Azərbaycanın
rəhbəri cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycan torpağında
ikinci Ermənistan dövlətinin yaranmasına razı olmayacağıq. Biz bununla
barışmayacağıq.


Amma biz
istəyirik ki, nə qədər imkan var bu məsələni sülh yolu həll edək. Çünki müharibə
insan itkisidir.


Amma aprel
döyüşlərindən sonra ermənilər bəyan etdilər ki, biz yenə də o ərazini işğal edəcəyik.
Oranı olmasa da başqa ərazini işğal edəcəyik. Biz bununla barışmayacağıq. Nə ilə
barışmayacaqlar? Azərbaycan torpağının azad edilməsi cəmiyyətin və dövlət
başçısının tarixi borcudur. Bu bizim torpaqlardır. Beynəlxalq qurumlar da Azərbaycan
ərazi bütövlüyün tanıyıblar.


Əgər bu
belə davam eləsə, təbii ki, müharibə olacaq. Döyüşlər başlayacaq. Hazırda da atəşkəs
pozulub”.


Hərbi
ekspert vurğulayıb ki, son günlər cəbhə bölgəsində ermənilərin təxribatları
zamanı hər iki tərəf itkilər verib:
"Bizim həlak olan hərbiçilər neytral ərazidə
qalıb. Qarşı tərəf onların nəşini çıxarmağa heç cür imkan vermir. Beynəlxalq
qurumlar o nəşləri qaytarmağa çalışır. Amma onlar həmin qurumların qarşısına
belə şərt qoyurlar. Bunlar çirkin əməllərdir.


Azərbaycanın
müdafiə naziri 10 günə yaxındır ki, cəbhə bölgəsindədir. Oradakı heyətlə
görüşüb lazım olan tapşırıqlar verir. O tapşırıqların nəticəsidir ki, erməni təxribatlarının
qarşısı alınır. Onlar məqsədinə nail ola bilmirlər.


Müdafiə
Nazirliyi lazım olan tədbirləri, bütün hazırlıqları görür. Əgər Ali Baş Komandan
İlham Əliyev məcbur olub müharibə qərarı qəbul edib, əmr verib savaşın başladığını
bildirsə, o zaman biz öz torpaqlarımızı azad edəcəyik”.


Sevinc
Yasinqızı

Bakı Post

“İlham Əliyev məcbur qalıb, savaş əmri versə...” -  Polkovnikdən MÜHÜM açıqlamalar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər