Ru
13:56 / 17 Yanvar 2017

İlham Əliyevdən KVN qalmaqalı ilə bağlı - Tapşırıq

5777

Xəbər verdiyimiz kimi, "KVN” Beynəlxalq İttifaqı və
"AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal
olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С
хлебом и солью” və "DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə
keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Rusiyanın Şoçi şəhərində start götürən
"KVN-2017” festivalında qondarma
rejim adından fəaliyyət göstərən KVN komandalarının iştirakı Azərbaycanda
etirazlara səbəb olub.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər
və İdman Nazirliyi etiraz edərək bəyanat yayıb.


BakiPost.az xəbər verir ki, Prezident
Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri
Novruz Məmmədov nazirliklərin sözügedən bəyanatları prezident İlham Əliyevin
tapşırığından sonra verdiklərini vurğulayıb: "Bir neçə gündür ölkə mətbuatında
Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının
siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır.
Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını
qeyd etsəydilər, onda ədalətli olardı”.

Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə
ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı,
1-i isə "Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.

Ermənistan 2-ci tura yalnız Moskvada olan "Ermənistan
yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb
ki, onların arasında Azərbaycan təmsilçiləri də var.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər