Ru
13:40 / 26 Fevral 2017

İlham Əliyev Ərdoğanı təbrik etdi

862
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana telefonla zəng edib.


Dövlətimizin başçısı Prezident Rəcəb Tayyip Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.


Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.


Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər