Ru
17:28 / 26 Sentyabr 2018

İlham Əliyev dünya çempionatının yarışlarını izləyib - FOTO

1696
Sentyabrın 26-da Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Uşanqi Kokauri finala yüksəlib.


BakuPost xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında dünya çempionatının yarımfinalına baxıblar.


Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri yarımfinalda Özbəkistan idmançısı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə cüdoçumuz gürcüstanlı Quram Tuşişvili ilə qarşılaşacaq.


Qeyd edək ki, 2016-cı ildə Avropa kubokunun qalibi olan Uşanqi Kokauri həmin il Kazanda keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.

 

İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
İlham Əliyev dünya çempionatının yarışlarını izləyib -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər