Ru
21:37 / 21 Yanvar 2018

İlan sancdı, elə bildi arıdır - Cəlilabadda bədbəxt hadisə

1181
Qışın oğlan çağında Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.


"BakuPost" "Report”a istinadən xəbər verir ki, kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.


Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.


Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər