Ru
11:04 / 24 May 2018

İlahiyyat İnstitutuna bina ayrıldı

1659
Azərbaycan İlahiyyat İnstitutuna "20 Yanvar" metro stansiyası yaxınlığında bina ayrılıb.


BakuPost-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.


M.Qurbanlı qeyd edib ki, instituta gələcəkdə şəhərdən kənarda yer ayrılacaq və kampus tikiləcək:


"Bu il İlahiyyat İnstitutuna dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul elan edilib. Ümumilikdə 60 tələbə qəbul olunacaq. İlahiyyat İnstitutuna birləşdirilən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində hazırda oxuyan tələbələr də nəzərə alınsa, təxminən 100 tələbə olacaq. Bu tələbələr üçün isə hazırda ayrılan bina yetərlidir".


O əlavə edib ki, gələcəkdə institutda xristianlıq, yəhudilik və digər dinlərlə bağlı ixtisaslar da yaradılacaq.


Komitə sədri deyib ki, İlahiyyat İnstitutuna yaxın vaxtlarda rektor təyin ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər