Ru
13:31 / 22 Yanvar 2017

İkimərtəbəli ev yandı - Xəsarət alanlar var

826
Şabranda yanğın qeydə alınıb.


BakiPost.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.


Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.


Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər