İki uşaq anasını yemək yeyərkən ilan sancdı

1708
Qaxda iki uşaq anasını yemək yeyən vaxtı ilan sancıb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 22 radələrində rayonun Qapıçay kənd sakini 1990-cı il təvəllüdlü Süsən Murtuz qızı Gəncəliyeva ilan sancması xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan bildirlib ki, iki övlad anası olan Süsən Gəncəliyeva yaşadığı ünvanın həyətyanı sahəsində axşam saatlarında ailəsi ilə birlikdə şam yeməyi yeyən zaman masanın altında olan ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Süsən Gəncəliyevaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər