Bakıda 2 piyada ölümü

Bakıda iki piyadanı maşın vuraraq öldürüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, yanvarın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb.
 
Digər hadisə Nərimanov rayonu M.Araz küçəsində baş verib. Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

28 Mart 2017
Bütün xəbərlər
Bütün xəbərlər