Ucarda ağır qəza - Sabiq rəisin oğlu öldü/FOTOLAR

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.
 
BakiPost.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.  

90 XM 720 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, "VAZ 21011” markalı avtomobil toqquşub.
 
Hadisə nəticəsində Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.
 
Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.
 
Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.
 
Bakı Post



Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

27 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər