Ru
21:01 / 26 Mart 2017

İki maşın toqquşdu - Ölən və yaralanan var

1074
Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın  Cənub bürosunun verdiyi xəbərə görə,  hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi "VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi "Mercedes” markalı minik avtomaşını toqquşub.

 

Nəticədə VAZ-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər