İhsanoğlunun Bakıda infarkt keçirdiyi anlar - VİDEO

2128
MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun VI Qlobal Bakı Forumunda infarkt keçirməsi anının görüntüləri yayılıb. 

BakuPost xəbər verir ki, Anadolu Agentliyinin yaydığı görüntülərdə İhsanoğlunun çıxışı zamanı halının pisləşdiyi, sonra isə zalı tərk etdiyi görünür.
 
Həmin videonu təqdim edirik:

 
Xatırladaq ki, E. İhsanoğlu bu gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: "İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə  etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir".

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər