İcra hakimiyyəti işçilərinə atəş açıldı - Novxanıda

İyulun 14-də Abşeron rayonunda silahlı insident baş verib.
 
BakuPost.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.
 
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər