Ru
14:25 / 24 Aprel 2017

İcra başçısı siyasi sığınacaq alan adamına görə qalmaqal yaratdı - FOTOLAR

4222

NAZİRİN QUDASI SAKİNLƏRDƏN "HAQQ” YIĞIR

Mingəçevirin icra başçısı Niyazi Bayramovun
Kanadadan siyasi sığınacaq alan yaxın adamı, yaratdığı şirkətin rəhbəri ilə
bağlı qalmaqal yaranıb.

BakiPost.az xəbər verir ki, icra başçısına məxsus
"Dayaq” MTK tərəfindən Nizami rayonu, Naxçıvanski 8A ünvanında tikilmiş göydələnlərin
sakinləri ilə bina sahibləri arasında gərginlik yaranıb. Buna səbəb Müsavat
Partiyasının üzvü kimi Kanadaya mühacirət etmiş "Dayaq” MTK sədri Səbuhi Hümbətovun
sakinlərlə bağladığı müqavilənin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən
pozulması, onlardan əlavə haqların tələb edilməsidir. Sakinlər bildirir ki, Səbuhi
heç kimə demədən ölkədən qaçdıqdan sonra onlar ciddi problemlərlə üzləşiblər.
Belə ki, Niyazi Bayramovun Hacı İslam və Eldar adlı köməkçiləri binada yaşayanlardan əlavə
kommunal pul yığmağa başlayıblar. Onlar isə kommunal borclarını S.Hümbətovun
dövründə ödədiklərini söyləyirlər. Bildirilər ki, binada yaşayanların çoxu
kommunal pullarının 1 illiyini əvvəlcədən ödəyiblər: "Bir illik əvvəlcədən ödədikdə
qiymətlərdə güzəşt olduğundan sakinlərin çoxu pullarını ödəyib və bu barədə MTK
sədrinin möhrü vurulmuş qəbzlərimiz də var. Lakin indi gəlib deyirlər ki, Səbuhinin
nə aldığı bizə maraqlı deyil. Hər ay pulunuzu ödəməlisiniz”.


Sakinlərin sözlərinə görə aylıq pul iki otaqlılar
uçun 25, üç otaqlılar üçün isə 30 manatdır.


Eyni zamanda həmin binada obyekt alanlar da çaşqın vəziyyətdədir.
Məsələn, binanın həyətində S.Hümbətova 5 min manat verərək, qanuni çərçivədə, sənədlə
balaca bir mağaza alın Ziya adı şəxsdən
həmin pul təkrar tələb olunur. Bu ayın sonuna qədər yenidən 5 min manat ödəməyəcəyi
təqdirdə mağazasının söküləcəyi bildirilib.



Sakinlər Kanadada yaşayan S.Hümbətovla əlaqə
saxladıqda isə mühacir sahibkar yığılan pulları N.Bayramova verdiyini söyləyib.

Onun dediyinə görə, sakinlərdən aldığı pullar icra
başçısındadır.


Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin
informasiya şöbəsindən heç bir açıqlama almaq mümkün olmayıb. Onlar bu sualla
bağlı Niyazi Bayramovun özüylə əlaqə saxlamağı tövsiyə ediblər.


Qeyd edək ki, "Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun "sağ əli” olub.


MTK sədri icra başçısının tikinti işlərinə uzun illər
rəhbərlik edib, onun adından imza atmaq, müqavilə bağlamaq, lazımi qurumlarda
onu təmsil etmək səlahiyyətinə malik olub.


Əsas iş yeri, ofisi Nizami rayonu, Naxçıvanski 8A
ünvanında rəhbərlik etdiyi MTK-nın tikdiyi hündürmərtəbəli yaşayış kompleksində
yerləşib.


Başçının bütün işlərini etibar etdiyi şəxsin qəfildən
ondan imtina etməsi və Müsavat partiyasının üzvü kimi mühacirətə getməsi bir
çox söz-söhbətlərə səbəb olub.


S.Hümbətovu tanıyan şəxslərin sözlərinə görə, o,
başçıdan möhkəm inciyib, indiyə kimi ona verdiyi vədləri yerinə yetirmədiyinə
görə, bütün işləri yarımçıq buraxaraq ölkəni tərk edib. S.Hümbətov icra
başçısının işləri ilə yanaşı onun qızının qayınatası olan Gənclər və İdman
naziri Azad Rəhimovun da tikintilərinə nəzarət edirmiş.

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər