Ru
23:30 / 22 Sentyabr 2018

İçərisində 3200 manat olan pul qabı itib

6606
Salyan sakini içərisində ümumilikdə 3200 manat dəyərində Azərbaycan manatı, dollar və rubl olan pul kisəsini itirib.


BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə Salyan şəhərində 1995-ci il təvəllüdlü yerli sakin Əsgərov Vüsal Arif oğlu marketdən çıxarkən baş verib.


O bildirib ki, gecə saatlarında alış-veriş üçün marketə gedib, bu zaman üzərində pul çox olduğundan, onun yarısını maşının qapısında yerləşən boşluğa qoyub. Geri qayıdıb qapını açdıqda isə, pulqabı yerə düşüb. O, pulqabının yerə düşdüyünü ərazidən uzaqlaşdıqdan bir qədər sonra, aptekə daxil olan zaman bilib. Lakin geri qayıtdıqda artıq gec olub.


Marketin müşahidə kameralarının qeydə aldığı görüntülər vasitəsi ilə yerə düşən pulqabını əraziyə gələn ağ rəngli "Mercedes" markalı avtomobilin içindəki şəxslərin götürdüyü müəyyənləşib.


Pulqabının içərisində A.Əsgərova məxsus bir neçə şəxsi sənəd də olub.


Hadisə ilə bağlı Salyan rayon Polis şöbəsinə məlumat verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər