Ru
20:08 / 28 Mart 2017

"Hyundai" yük maşınına çırpıldı - Ölən var/VİDEO

986
Ucarda iki yük avtomobilinin toqquşması sürücülərin birinin həyatına son qoyub.


ARB TV xəbər verir ki, Ağır qəza Bakı-Qazax magistralının Müsüslü kəndindən keçən hissəsində baş verib.


Sumqayıt sakini, 41 yaşlı Fərrux Ramazanovun idarə etdiyi "Hyundai" markalı, çörəklə dolu yük maşını eyni istiqamətdə hərəkətdə olan, Gədəbəy rayonu Qaradağ kənd sakini, 30 yaşlı Yaşar Hüseynovun idarə etdiyi "Howo” markalı maşına arxadan çırpılıb. Nəticədə "Hyundai"ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb.


Maşında sıxılmış vəziyyətdə qalmış meyit Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Yaşar Hüseynov - "Howo”-nun sürücüsü: "Çox surətli gəlirdi. Arxadakı maşını az qaldı vura. Ondan ötüşdü, məni vurdu”.

 

Bakı Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər