Ru
10:07 / 29 Noyabr 2016

Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - Nazirin məhkəmə çəkişməsi/ FOTO

6887

Sumqayıt Apellyasiya Məhkəməsində Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin əleyhinə qərar qəbul edilib.

BakiPost.az xəbər verir ki, nazirliyin məhkəmə qərarını
gözləmədən söküntü işləri aparması, sahibkarın fəaliyyətinə qadağa qoyması
ikinci instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilib. Məlum olub ki,
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun şəxsən göstərişi ilə Qəçreş
kəndində yerləşən və Qubanın məşhur istirahət məkanlarından olan "Orman”
istirahət mərkəzi ağır texnika ilə nazirliyin əməkdaşları tərəfindən dağıdılıb.
Nazirlik əməkdaşları məhkəmə qərarı olmadan bu addımı atıblar. Sonradan isə Quba rayon Məhkəməsinin həmin ərazidə iaşə xidmətini qadağan edən qərar qəbul edib. 

Bu söküntülərdə təxminən 1 milyon manat civarında
ziyan vurulan sahibkar Abbas Zeynalov apellyasiya şikayəti verib. Məhkəmədən
daxil olan materiallardan görünür ki, o, şikayətində bir çox tutarlı faktlar təqdim
edib.



Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkən
şəxs Bakı qeydiyyatında olmasına rəğmən, onun barəsində iddianı Quba məhkəməsi
verib. Bu isə qanunlara ziddir.

İkinci bir məsələ isə, məhkəmə qərarından cavabdeh şəxsin
– A.Zeynalovun məhkəmə qərarı olmadan və onun apellyasiya şikayəti verməsini gözləmədən mülkünün yerlə
yeksan olunmasıdır.

Şikayətçi bildirib ki, bütün bunlarla bərabər
nazirin istirahət mərkəzini sökmək üçün gətirdiyi arqumentlər də tam əsassızdır
və bu, aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Məhkəmə bu iddiaları əsaslı
sayıb.


Apellyasiya məhkəməsinin qərarından görünür ki, Quba
məhkəməsinin çıxardığı qətnamədə daha bir qanun pozuntusu var. Bu da sahibkara əhaliyə
iaşə xidmətinin göstərilməsinin qadağan edilməsiylə bağlıdır. Bununla bağlı
Apellyasiya Məhkəməsinin qərarında qeyd edilir:
"İş üzrə məhkəmə qərarı qanuni
qüvvəyə minənədək cavabdehə əhaliyə iaşə xidmətinin qadağan edilməsi iddiasının
təmin edilmədiyi təqdirdə ona ağır maddi zərər vura bilər. İş materiallarından
görünür ki, cavabdeh 16.01.2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Sahibkarlıq Fəaliyyəti haqqında Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi
fərmalarından asılı olmayaraq, öz fəaliyyətini qanunuvericiliyə uyğun həyata
keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin
edir. Həmin qanunun 12.4 maddəsinə əsasən sahibkarın hüquqlarını pozan dövlət
orqanlarının və ya digər orqanların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti
nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərinin əvəzini
mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar və ya vəzifəli şəxslər
ödəməlidirlər”.


Bütün bunlara əsaslanan məhkəmə kollegiyası birinci
instansiya məhkəmısinin qərarının böyük bir qismini ləğv edib.

Məlumat üçün bildirək ki, sahibkar, məhkəmə
iddiasında ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, sökülmüş obyektin bərpasını
istəyir.


Qeyd edək ki, şikayətçi Abbas Zamanov nazir
Hüseynqulu Bağlırovun xalası oğludur. Onlar arasında münasibətlər gərgin
olduğundan, nazir belə bir addım atıb. Zərərçəkmiş aidiyyəti qurumlara müraciətində
indiyə qədər qanuni fəaliyyət götərdiyini, bütün sənədlərinin qaydasında
olduğunu, lakin nazirin ondan qisas almaq istədiyindən istirahət mərkəzini
buldozerə verdiyini bildirib. O iddia edir ki, nazir öz postundan istifadə edərək Quba rayon Məhkəməsinə təzyiq edib və söküntü aparıldıqdan sonra hakim heç bir hüquqa əsaslnamayan saxta qərar qəbul edib.


Bakı Post



Nazirliyin əməkdaşları söküntüdən
sonra

Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı -  Nazirin məhkəmə çəkişməsi/ FOTO
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı -  Nazirin məhkəmə çəkişməsi/ FOTO
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı -  Nazirin məhkəmə çəkişməsi/ FOTO
Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı -  Nazirin məhkəmə çəkişməsi/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər