Ru
19:17 / 23 Aprel 2018

Hüseyn Bağırovun yerinə təyinat - Daha bir deputat nazir oldu

6324
Milli Məclisin daha bir deputatı nazir təyin edilib.


BakuPost xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama görə millət vəkili Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.


Qeyd edək ki, Muxtar Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.


Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.


7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.  

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər