Ru
15:34 / 22 Fevral 2017

Hüseyn Bağırov xorvatiyalı həmkarı ilə görüşdü

870
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç arasında görüş keçirib.


Nazirliyin mətbuat xidmətindən BakiPost.az-a daxil olan xəbərə görə, görüş zamanı bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib.


Qeyd edək ki, Xorvatiya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü Nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

 

Bakı Post

 

Hüseyn Bağırov Xorvatiya naziri ilə görüşdü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər