Ru
14:06 / 24 Aprel 2018

Hüseyn Bağırov sələfinin təqdimatında - FOTO

4357
Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub.


BakuPost xəbər verir ki, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.


Ə.Əsədov dövlət başçısı tərəfindən ekologiya və ətraf mühit sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələr verib.


Yeni ekologiya və təbii sərvətlər nazirinin təqdim edilməsində iştirak edən Hüseyn Bağırov nazir M.Babayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.


M.Babayev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin  icrasının layiqincə təmin ediləcəyini vurğulayıb. M.Babayev bundan sonra da Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər