Ru
14:53 / 23 Aprel 2018

Hüseyn Bağırov kollektivlə vidalaşdı

3834

Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin
yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox
şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin
çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə
tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı
bildirilir.


BakuPost dünən bu barədə tirajladığıMATERİALDA sözügedən
nazirlərdən birinin də də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov
olduğunu yazmışdı.


Bu gün isə Qafqazinfo nazirin kollektivlə görüşərək vidalaşdığı
barədə məlumat dərc edib. Sayt yazır ki, sabiq nazir əməkdaşlara gələcək
fəaliyyətlərində uğur arzulayaraq dövlətin bütün tapşırıqlarını yüksək
səviyyədə yerinə yetrməyi tövsiyə edib.


Məlumatlara görə, Bağırov səhhətindəki problemlərlə əlaqədər
məhsuldar fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb.


Onu da əlavə edək ki, yeni kabinetdə təyinat həyata keçirilməyən
nazirliklərlə bağlı böyük bir hökumət planı mövcuddur. Bu sahədə ciddi struktur
islahatların aparılmasına başlanılıb. Məhz həmin qurumlara nazir təyinatının
baş tutmaması da aparılan islahatlarla bağlıdır.


Dəqiq açıqlanmasa da, bir çox dövlət qurumlarının ləğv olunacağı,
oxşar sahələri əhatə edənlərin isə birləşdiriləcəyi gözlənilir.

Hüseyn Bağırov kollektivlə vidalaşdı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər