Ru
13:25 / 18 Oktyabr 2018

Hücuma məruz qalan bəstəkar-şair “Çöldə” nələrdən danışıb? - VİDEO

3085
İspik meşəsində,  Çölçü Obasında  çəkilən "Çöldə Yaşam Öyüdləri” verilişinin yaradıcı yönətməni Eltən Qədimbəylinin qonağı əfsanəvi muğam-rok ansamblı olan "Ozan” qrupunun yaradıcısı Rasim Müzəffərli olub. 


BakuPost xəbər verir ki, verilişdə filosof, bəstəkar-şair və naşir Rasim Müzəffərli özünün hansı öyüdlə böyüdüyünü və sonralar yaşam biçiminin əsas fəlsəfəsi olan hansı öyüdü daim xatırladığından danışıb. Bu öyüdün onun həyatında hansı tarixçəsinin olduğu da söhbətin maraqlı məqamlarından biridir. Bəs filosof, tanınan bəstəkar-şair və naşirə uğur qazandıran başlıca səbəb nədir? Bu verilişdə izləyicilər Rasim Müzəffərlinin uğur açarının nə olduğunu öyrənəcəklər. Rasim Müzəffərlinin kimləri "dost gəmisi”nə aldığı, kimlərin arasından özünə dost seçdiyi də izləyici üçün maraqlı olmaqla yanaşı Rasim Müzəffərlini daha yaxından tanımağa imkan verəcək.  


Xatırladaq ki, R. Müzəffərli bir müddət əvvəl kivercinayətkarların hücumuna məruz qalıb. O, BakuPost-a açıqlamasında mütəşəkkil kibercinayətkar qrup tərəfindən mahnısının oğurlandığını, "YouTube” kanalının isə bağlandığını deyib. 

 




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər