Ru
10:29 / 15 Oktyabr 2018

Həştərxanda ağır yol qəzası - İki azərbaycanlı öldü

1638
Rusiyanın Həştərxan vilayətində ağır yol qəzası baş verib.


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 4 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.


Ehtimal edilir ki, "Toyota Camri" avtomobilinin sürücüsü yolun qarşı zolağına çıxıb, maşın "Skoda Fabia" markalı avtomobillə toqquşub. "Skoda" tamamilə yanıb.


Polis qəza nəticəsində ölənlərin kimliyini müəyyənləşdirib. Bunlar "Toyota"nın sürücüsü və sərnişini olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşları, eləcə də "Skoda"nın 1997-ci il təvəllüdlü sürücüsü və Həştərxan sakini olan 22 yaşlı sərnişindir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər