Ru
19:52 / 20 Sentyabr 2017

Hərbçi güləşçimiz dünya çempionu oldu - FOTO

1064
Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə Azərbaycan yığmasının üzvü Qalib Əliyev qızıl medal qazanıb.


BakuPost.az AzərTAc-a istinadən xəbər verir ki, sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.


Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumuniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.


Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

 


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər