“Qudamı öldürdüm, gəlinsiz toy elədim” - Qatildən inanılmaz etiraflar/ VİDEO

ARB TV-nin "Rezonans" verilişində quda qatili, məhbus Fəxrəddin Hüseynov inanılmaz həyat hekayəsini bölüşüb.


BakiPost.az xəbər verir ki, 9 il həbs cəzasına məhkum edilən şəxs etiraflar edib: "Xalaoğlum quda olmaq istədi. Qızımı öz oğluna istədilər. Əvvəl razı deyildim, amma məcbur razılaşdım. Sonradan mənim oğlum onun qızını istəyəndə ürəyim rahat oldu. Amma qudam buna razı olmadı. Bir dəfə getdim, iki dəfə getdim istədim, vermədi. Sonra oğlum qızı götürüb qaçırtdı. Bundan sonra aramız pisləşdi. Toya 3 gün qalmış gəldi polislə qızı apardı. Gəlinsiz toy elədim. 8 ay boyunca məhkəmələrdə, polislərdə süründüm. Heç cür barışmaq istəmirdi. Ağzından çıxan söyüşləri deyirdi mənə".


Fəxrəddin Hüseynov daha sonra qudasını necə öldürməsindən söz açıb: "8 ay keçmişdi söhbətin üstündən. Amma hələ barışmaq istəmirdi. Səhər durub dedim ki, gedib danışacam onunla. Getdim görüşməyə, maşına oturanda düşündüm ki, 8 ayda hirsi soyuyar, normal danışarıq. Oturan kimi başladı məni söyməyə. Anamı, atamı, qardaşımı söydü. Dözmədim, cibimdə balaca bıçağım var idi. Bıçağı çıxardan kimi görüb qorxdu, maşını yola sürmək istədi ki, qəza olsun, həm özü ölsün, həm mən. Əlimi saldım rolun arasına, biləyimdən vurdu. 2 dənə bıçaqla boynundan vurdum. Qorxdum, bilmədim nə edim. Gedib polisə təslim oldum, dedim ki, qızımı onlardan götürün evimə qoyun, sonra məni nə edirsiz edin".


O, həmişə həbsxanaya girməyi arzuladığını da bildirib: "Həmişə həbsə düşmək istəmişəm. Amma indi, bu yaşımda istəmirdim. Ailəmi başsız qoydum. Hamı Allahdan var-dövlət arzulayardı, mən bu həyatı. Başıma gəldi. Peşmanam".


Daha sonra həbsə girdikdən sonra nələr baş verdiyini danışan məhkum qızının və oğlunun ailəsinin dağıldığını söyləyib: "Həbsə düşəndən sonra qızımın da, oğlumun da ailəsi dağıldı. Onlara ailələrini dağıtmamağı məsləhət gördüm. Mən bunun üçün buradayam, qudam da onun üçün ölüb. Qismət olsa çıxandan sonra barışdıracam. Övladlarım yanıma gəlib gedir. Qohumlarımdan da gələnlər olur. 2 oğlum, 1 qızım evləndi. Başqa qohumum da qızıma elçi düşdü. Oğlum da həmin qohumun qızını aldı. Beləcə eyni ssenari yaşandı. Onlara dedim ki, diqqətli olun, məni xataya salmayın. Telefonla danışmışıq dəfələrlə. Hətta toya da telefonla bağlanmışdım".

 
Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər