Ru
13:52 / 26 May 2017

“Heç nəyim yox idi, yataqxanada yaşayırdıq” - Ədalət Şükürov

3238
"Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq”.


BakuPost.az xəbər verir ki, Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar” proqramında əməkdar artist Ədalət Şükürov belə deyib.


Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiklərini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib: 

"Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, müğənni olub populyarlaşacam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. 


Həyat yoldaşım məni qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir”.


BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər