“Hazırda işimin başındayam” - Əhəd Abıyev səhhətindən danışdı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yarandığı üçün təcili olaraq Almaniyaya aparıldığına dair xəbərlər yayılıb.

BakuPost.az xəbər verir ki, Əhəd Abıyev Ölkə.az-a açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirib.

"Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”, - deyə Ə. Abıyev söyləyib.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər