Ru
12:44 / 22 Sentyabr 2018

temperatur 2-4 dərəcə aşağı düşəcək - LEYSAN OLACAQ Hava soyuyur:

2775
Sentyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 


Havanın temperaturu gecə 17-20°, gündüz 22-25° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti təşkil edəcək.


Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90% olacaq.


ETSN xəbərdarlıq edir ki, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.        
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər