Ru
23:40 / 26 Mart 2017

Hakan Şükür və Arif Ərdəm “Qalatasaray”dan çıxarıldı

901
Türkiyənin "Qalatasaray” klubu adları FETÖ ilə hallanan keçmiş futbolçuları Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılmasına qərar verib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı "Qalatasaray” İdarə Heyəti bu gün keçirdiyi toplantıdan sonra açıqlama yayıb. Hər iki keçmiş futbolçunun klubdakı üzvlüyünün ləğv olunmasına qərar verilib.

Onlardan başqa daha 2 min 750 nəfər üzvlükdən çıxarılıb.

 

Qeyd edək ki, ötən gün keçirilən səsvermə nəticəsində Hakan Şükür və Arif Ərdəmin klubun üzvlüyündə saxlanılması həm ölkə ictimaiyyəti, həm də siyasi dairələr tərəfindən tənqidlə qarşılanmışdı.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər